Diqqət:
  • Grand Hayatdan "Yaz Kampaniyası!" Sərfəli yatirim et, mənzil al eyvan və qaraj hədiyyən olsun! Tel:922

1S - BİNAYA TAM XİDMƏT

Müasir dövrün artan tələbatlarının təmin olunması üçün tətbiq olunan 7s konsepti komfortlu yaşam tərzinin bütün elementlərini özundə birləşdirir. Bu standartın əsas elementlərindən biri həyatınızın rahat olduğu qədər də etibarlı olmasını təmin etməkdir.

Standartın tələbləri:

  • 24 saat təhlükəsizlik xidməti
  • 24 saat giriş-çıxışa nəzarət xidməti
  • Binaya təmizlik xidməti
  • Binada müştəri qarşılama xidməti
  • Binada müştəri xidmətinin təşkili

2S TƏMİRLİ MƏNZİLLƏR VƏ HƏR MƏNZİLƏ QARAJ

Hər bir insan daim rahat və komfortlu mənzil arzusundadır. 7S konseptinin daha bir elementi təmirli mənzillərin əldə olunmasına yönəlmişdir. Məhz bu element insanların vaxtına qənaət edərək bir başa tam komfortlu mənzilə sahib olmağa şərait yaradır. Bu komfortu tamamlayan geniş tutumlu yeraltı dayanacaq isə avtomobilinizin daim nəzarət altında olmasını və təhlükəsizliyinin təmin olunmasına şərait yaradacaqdır.

Standartın tələbləri:

  • Mənzillərin təmirli şəkildə əldə edilməsi imkanı
  • Mənzil sahibinin minimum bir qaraj əldə etməsi imkanı

3S - HƏYƏTYANI İSTİRAHƏT PARKI

7S standartının elementlərindən biri  - insanların açıq havada istirahətini təmin edə biləcək yaşıl sahənin olmasıdır.

Standartın tələbləri:

  • Ümumi sahədə açıq həyətyanı sahənin olması
  • Yaşıl sahənin olması
  • İstirahət parkının olması

    QEYD: Ümumi sahənin 50%-ni həyətyanı istirahət parkı təşkil etməsi təqdirəlayiqdir.

4S - HİPERMARKET

Gündəlik tələbat məhsullarınızı daim yenilənən, zəngin çeşidə malik olan hipermarketdən əldə edə bilərsiniz.

Standartın tələbləri:

  • Gündəlik ehtiyacların qarşılanması üçün Hipermarketin olması

 

5S - İDMAN VƏ SAĞLAMLIQ MƏRKƏZİ

Sağlamlığınıza və əhvalınıza töhvə verə biləcək fitness və spa salonları daim xidmətinizdədir.

Standartın tələbləri:

  • Qadın və kişilər üçün ayrıca Spa Mərkəzi
  • Qadın və kişilər üçün ayrıca Fitness Mərkəzi
  • Qadın və kişilər üçün ayrıca hovuz

6S - UŞAQ BAĞÇASI VƏ MƏKTƏBƏQƏDƏR TƏHSİL

Müasir avadanlıqlarla təchiz olunmuş uşaq bağçasında övladınızın inkişafı və sağlam böyüməsini təmin edə biləcək peşəkar pedaqoqlarla təlimlərin keçirilməsi.

Standartın tələbləri:

  • Uşaq bağçasının olması
  • Məktəbəqədər Təhsil Mərkəzinin olması

QEYD: Uşaq bağçası və ya məkətəqədər Təhsil Mərkəzinin olması şərtdir.

7S - ƏYLƏNCƏ  MƏRKƏZİ VƏ İAŞƏ OBYEKTLƏRİ

Ləzzət dolu anlar yaşamaq üçün günün istənilən saatında dəyər verdiyiniz insanları bir süfrə başına toplayıb istirahət edə biləcəyiniz gözəl iaşə obyektləri daim xidmətinizdədir. Həftə içi bol-bol əylənə biləcəyiniz Əyləncə Mərkəzindən zövq alaraq unudulmaz anlar yaşayacaqsınız!

Standartın tələbləri:

  • Əyləncə Mərkəzinin olması
  • Sakin və qonaqlar üçün restoran və kafelər

QEYD: Restoran və kafelərdəki oturacaqların ümumi sayı mənzil sayının 10% nisbətində olmalıdır.

 

 

 

Kataloqa Buradan Baxa Bilərsiniz