Diqqət:
  • Məhdud sayda mənzillər!

LAYİHƏ HAQQINDA

Müştəri məmnuniyyəti prinsipini əsas tutaraq Yeni Hayat Şirkətlər Qrupu MMC istifadəçilərin arzu və ehtiyaclarına tam şəkildə cavab verən, münasib qiymət və uyğun şərtlərlə təqdim edilən yaşayış binaları, ticarət və əyləncə kompleksləri ilə hər kəsə rahat yaşam keyfiyyətini təqdim etmişdir. Yeni Hayat markası lyüks həyatın bütün atributlarını özündə cəmləşdirməklə yeni həyat və düşüncə tərzidir.

Bakının memarlıq və inşaat inciləri olan Yeni Hayat Residence, Yeni Hayat Plaza, Azure və Park Azure layihələri şəhərin göz oxşayan inşaat elementləri sayılır. İnsanların lazımi ehtiyacalarını ödəyəcək bütün növ xidmətləri vahid məkanda cəmləşdirməklə, onları modern və yüksək keyfiyyətli yaşayış mənzilləri ilə təmin etmək məqsədi ilə Yeni Həyat 2014-cü ildə növbəti Grand Hayat layihəsinə start verib.

Yeni Həyat Şirkətlər Qrupu MMC öz müştərilərinin arzu və imkanlarına əsasən Grand Hayat Yaşayış Kompleksindəki 1, 2, 3, 4 otaqlı komfortlu və müasir standartlara cavab verən kommunal xidmətlərlə təchiz olunmuş mənzillərin daha rahat və sadələşdirilmiş kredit şərtləriylə satışını təşkil edir. Bakının infrastruktur baxımından ən inkişaf etmiş ərazisində, Tbilisi pr., 1054 ünvanında təməli qoyulan Grand Hayat Yaşayış Kompleksi 24 yaşayış mərtəbəsi və 1920 mənzili olan 10 təkbloklu binadan ibarət kompleksdir. Burada sakinlər və qonaqlar üçün nəzərdə tutulmuş şəhərin 3 müxtəlif tərəfinə çıxışı olan avtodayanacaq, avtomobil yuma xidməti, 24 saat müştəri xidməti və 24 saat mühafizə xidməti mövcuddur.

Sahəsi 30.000 m2 olan yaşıl parkda ağac və dekorativ bitkilər, rahat skamyalar və uşaqların kefinə kef qatacaq xüsusi oturacaqlarla təchiz edilmiş yellənçəklər sakinlərin asudə vaxtlarının daha səmərəli keçirməsi üçün düşünülmüşdür. Grand Hayat Yaşayış Kompleksi öz sakinlərini xəyallardakı komforta və rahat yaşam tərzinə qovuşduracaq. Burada 7S standartı tətbiq olunmaqla müasir yaşamın bütün elementləri öz əksini tapıb.

İnşaatı 2014-cü ildə başlamış layihə 2018-ci ildən etibarən təhvil verilmişdi. Kompleksdəki mənzillər təhvil üçün hazırdır və qazlaşdırılmışdır. Hazırda həyətyanı sahələrin abadlıq işləri aparılır. Mənzillərin mülkiyyət hüquqlarının (Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən) qeydiyyatına dair çıxarış alınması üçün Grand Hayat MTK tərəfindən lazımi sənədləşmə işləri aparılır və qısa zamanda mənzillər çıxarışlarla təmin ediləcək













Kompleksin yerləşmə ünvanı
Tbilisi pr. 1054, Bakı, Azərbaycan