Diqqət:
  • Məhdud sayda mənzillər!

YENİ HAYAT ŞİRKƏTLƏR QRUPU

Yeni Hayat Şirkətlər Qrupu MMC 2002-ci ildən fəaliyyətə başlayaraq yeni layihələrə uğurlu imzasını atmış ən qabaqcıl şirkətlərdən biridir. Şirkət öz fəaliyyətinə ilk olaraq inşaat sahəsindən başlamışdır.
Bugün Azərbaycan inşaat sektorunun ən öncül və yenilikçi şirkətlərdən biri də Yeni Hayat Şirkətlər Qrupudur. Azərbaycanda ilk dəfə yaşayış və biznes sahəsini eyni kompleksdə yerləşdirərək “komplekslilik” anlayışına fərqlilik qatan Yeni Hayat Şirkətlər Qrupu tək bununla kifayətlənməmişdir və digər layihələrində insanların gündəlik ehtiyaclarını, istirahət, təhsil, sağlamlıq kimi zəruri tələblərini qarşılayacaq xidmətləri bir kompleksdə yerləşdirməklə “komplekslilik” anlayışına hər layihəsində daha geniş yer vermişdi. 
Şirkətin təməlində və əsasında duran, keyfiyyət, müasir dizayn, innovativlik kimi dəyərlər ərsəyə gətirdiyi bütün layihələrdə, fəaliyyət sahəsindən asılı olmayaraq bütün işlərində tətbiq olunur və dövrün, eləcə də müştərilərin tələblərinə uyğun olaraq inkişaf etdirilir. 

Yeni Hayat Şirkətlər Qrupuna məxsus olan Yeni Hayat Residence, Yeni Hayat Plaza, Azure Kompleksi, Park Azure kompleksi və Grand Hayat yaşayış kompleksi hazırda Bakının memarlıq və inşaat inciləri sayılır. 

Şirkətin əsas qaydalarından biri və uğura istiqamətləndirən dəyərlərindən biri Keyfiyyət anlayışıdır. Sözsüz ki, sistemli inkişaf üçün keyfiyyətin qorunub saxlanması labüddür. Buna görə də Yeni Hayat Şirkətlər Qrupu keyfiyyətin təşkilini, nəzarətini sistemli şəkildə davam etdirir. 

-->